Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.
Xidmətdən Heftelik.az-a verilən məlumata görə, yağan yağıntının miqdarı Naxçıvanda 29.0 mm (aylıq normanın 75 %-i), Ordubadda 23.0 mm (aylıq normanın 57 %-i), Şahbuzda 18.0 mm (aylıq normanın 30 %-i), Şərurda 18.0 mm (aylıq normanın 75 %-i), Culfada 15.0 mm (aylıq normanın 44 %-i), Sədərəkdə 13.0 mm, Şahdağda 7.0 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5.0 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.
Havanın temperaturu aprelin 12-də Bakıda iqlim normasından 6.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24° isti, Naxçıvanda 17-22° isti, dağlıq rayonlarda 17-24° isti, aran rayonlarında 23-27° isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.