Uşaq bağçalarına kameraların quraşdırılması ilə bağlı fəaliyyət nəzərdə tutulub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, müəyyən bağçalarda kameralar var:
“Kamera olmayan bağçalarda da quraşdırma işləri aparılacaq”.