Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra, çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.