İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Heftelik.az-ın məlumatına görə,  tədbirdə Azərbaycan millisi iştirak etməyib.

Səhnəyə çıxanlardan dizayner Aram Nikolyan bayrağı yandırmağa cəhd edib. Lakin yanan bayraq tezliklə səhnədən yığışdılaraq yenisi ilə əvəz olunub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.