Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə baş idarəsinin rəisi vəzifəsindən azad olunub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün əmr imzalanıb.
Əmrə əsasən xidmət rəisi, polkovnik Mirzə Cəlilov tutduğu vəzifədən azad edilib.
Digər əmrlə bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb.