Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmaya görə cərimə var.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.