Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıdadırlar.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İrəvandan qayıdan Azərbaycan atletlər Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

Onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş eidb.

Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimayyəti qarşılayıb.