Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir.

Bunu Heftelik.az-a açıqlamasında hüquqşünas Yaşar Ağazadə bildirib.

Hüquqşünas deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.