Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– təkrar törədildikdə;

– yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;

– insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə;

– zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.