Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, həmin əməllər dövlətə külli miqdarda ziyan vurduqda üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.