Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, hakimlər mülki işləri və kommersiya mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.
Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.