İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma əməlləri cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə, külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, bu halda “külli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür.