Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, işə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə sədrlik edir.
İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.