Ötən il 1 yaşadək uşaqlar arasında 959 ölüm halı qeydə alınıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna Dövlət Statistika Komitəsindən verilən cavabda bildirilib.
Qeyd edilib ki, hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayına və körpə ölümünə dair statistik məlumatlar illik dövrülüklə əldə edilir: “2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 18, 1 yaşadək ölən uşaqların sayı isə 959 nəfər olub”.