Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə tətbiq olunan cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, bu əməl cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.