Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər.
Heftelik.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər: “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək”.