Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və üsulları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə cərimələr müəyyənləşib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən,
dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və üsulları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.