Ermənistan məktəblərində bundan sonra “Erməni kilsəsinin tarixi” fənni tədris olunmayacaq.

Heftelik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətlə kilsə arasında aparılan danışıqlar faydasız olub.

Hətta bunun üçün Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüş də nəticə verməyib.

“Erməni kilsəsinin tarixi” ayrıca fənn kimi kurrikuluma daxil edilməyəcək.