Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib – 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib – 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.

Qeyd edək ki, daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.