Aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, okin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.