Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir.
Sədrlik edən axırıncı səs verir. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin məhkəmə iclasında elan edilmir.
Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur.