Qiymətli kağızlar bazarında manipulyasiyalar təkrar törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə bu əməllərə görə cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, bu əməllər cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.