Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2023-cü il aprel ayının 21, 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, 2023-cü il aprel ayının 21-24-ü iş günləri hesab edilmir.

Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, həmin qərara əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir.

 

 

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.