Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir. İndiyə qədər bu müddət 2024-cü ilədək nəzərdə tutulmuşdu.
Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.