18 aprel 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidməti Aran Regional Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işinin təşkili” mövzusunda və “yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidməti Aran Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri, həmçinin ictimaiyyətin nümayəndələri iştirak etmişlər.