Xüsusi dəyəri olan əşyaları talamaya görə cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.