10 yaşlı uşaq alçadan öldü

19 Aprel 2023, 15:43

Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında qeydə alınıb.

Mingəçevir sakini olan 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.

Onun sonuncu dəfə dərman vurulmuş ağacdan alça yediyi bildirilir və bundan zəhərləndiyi ehtimal olunur.