İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma əməlləri təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.
Bu, Cinayət Məcəlləsinin 200.2-ci maddəsində yer alıb.
Qeyd edək ki, bu halda “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür.