Respublika Narkoloji Dispanserində bıçaqlanma olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi mılumata görə, hadisə dispanserin mətbəx otağında qeydə alınıb.
Məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu, heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğlunu bıçaqlayıb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.