Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaya görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma

beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər xeyli miqdarda  törədildikdə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.