2023-cü il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 38 mln. 596 min manat təşkil edib ki, bunun da 76.56%-i və ya 15 mlrd. 340 mln. 433 min manatı Bakı şəhərinin payına düşüb.
Heftelik.az-ın xəbərinə görə, APA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinin payına düşüb. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 10.78%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.80% təşkil edib.
Hesabat dövründə ən bahalı kreditlər Mil-Muğan iqtisadi rayonuna (Beyləqan, İmişli, Saatlı, Sabirabad) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 215 milyon 839 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.89%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 20.03% olub.
İqtisadi Rayonlar | Ümumi Kreditlər Min. Manat | Orta Faiz Dərəcəsi | Milli Valyutada Min. Manat | Orta Faiz Dərəcəsi! |
Bakı iqtisadi rayonu | 15,340,433 | 10.78% | 11,500,474 | 12.80% |
Naxçıvan iqtisadi rayonu | 316,903 | 13.75% | 316,280 | 13.76% |
Abşeron-Xızı iqtisadi rayonu | 781,253 | 15.63% | 744,479 | 16.15% |
Dağlıq Şirvan iqtisadi rayonu | 137,351 | 19.75% | 137,158 | 19.75% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 608,243 | 16.91% | 588,390 | 17.29% |
Qarabağ iqtisadi rayonu | 344,286 | 19.74% | 342,006 | 19.80% |
Qazax-Tovuz iqtisadi rayonu | 372,997 | 18.42% | 363,701 | 18.73% |
Quba-Xaçmaz iqtisadi rayonu | 354,984 | 17.33% | 337,636 | 17.87% |
Lənkəran-Astara iqtisadi rayonu | 480,570 | 19.11% | 475,958 | 19.23% |
Mərkəzi Aran iqtisadi rayonu | 404,642 | 18.89% | 401,244 | 18.99% |
Mil-Muğan iqtisadi rayonu | 215,839 | 19.89% | 212,931 | 20.03% |
Şəki-Zaqatala iqtisadi rayonu | 356,303 | 17.03% | 317,897 | 18.25% |
Şərqi Zəngəzur iqtisadi rayonu | – | – | – | – |
Şirvan-Salyan iqtisadi rayonu | 324,794 | 19.25% | 318,400 | 19.50% |