Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı genişləndirilib.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən, XTB050109 Dövlət təhlükəsizliyi və idarəetmə ixtisası ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatına əlavə edilib.

Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaş-maların) Təsnifatı”na  dəyişiklik olunub. Qərara əsasən, “XTM060011** Dövlət təhlükəsizliyi və idarəetmə – Dövlət təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” ixtisası bu təsnifata əlavə edilib. Eyni zamanda qərara əsasən, Bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna biləcəklər.