Bayram günlərində ölkə ərazisində gözlənilən hava şərati açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə aprelin 21-24-də Bakıda və Abşeron yarımadasında bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Aprelin 21-də günün ikinci yarısında qısamüddətə şimal küləyinin güclənəcəyi gözlənilir. 22-24-də isə mülayim cənub küləyi əsəcək. Aprelin 21-i şimal küləyinin güclənməsi ilə əlaqədar havanın bir qədər sərinləşəcəyi, sonraki günlərdə isə havanın maksimal temperaturunun 14-19°, 21, 23, 24-də 20-25 ° isti olacağı gözlənilir.

Naxçıvan bölgəsində aprelin 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22-si gündüzdən 24-ü axşamadək yağıntılarda fasilə olacağı, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 24-ü axşam hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20°, bəzi yerlərdə 23-25° isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində aprelin 21-22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabitləşəcəyi, yağıntılarda fasilə olacağı gözlənilir. 24-də axşam hava şəraitinin bəzi rayonlarda yenidən yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

Gəncə-Qazax zonasında aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabit olacağı, lakin əsasən axşam saatlarından bəzi yerlərdə yenidən qısamüddətli yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 18-23, bəzi yerlərdə 25°-dək isti olacaq.

Balakən-Şəki bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. gözlənilir. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü yenidən axşam saatlarında hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 15-20° isti olacaq.

Quba-Qusar bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü axşam yenidən hava şəraitinin qısamüddətli dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 13-18° isti olacaq.

Mərkəzi Aran bölgəsində bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 20-25° isti, bəzi yerlərdə 25°-dək isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək havanın dəyişəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şima-şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu 18-23° isti olacaq.