Aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, qətlə yetirilən Namik İsrafilov tanınmış vəkil Vasif İsrafilovun qardaşıdır. Onun xeyli vaxtdır Bakı şəhərində tək yaşadığı bildirilir.