Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda, şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sosial xidmət göstərilməsi və ya sosial xidmət göstərilməsindən imtina barədə qərar haqqında “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.