İndoneziyanın Mentavay adasında 6,9 bal gücündə zəlzələ baş verib.
Heftelik.az “Antara” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Seysmologiya Agentliyinin sözçüsü Əbdül Muhari bildirib.
Qeyd olunub ki, zəlzələ nəticəsində mərkəzi xəstəxanaya ciddi ziyan dəyib.
Sunami təhlükəsi səbəbindən ziyan minlərlə insan təxliyə edilib, lakin sonradan sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.
Həmçinin o da qeyd olunub ki, Qərbi Sumatra vilayətinin bəzi hissələrində, o cümlədən vilayətin mərkəz şəhəri olan Padanq sakinləri güclü təkanları təxminən 30 saniyə hiss ediblər.
Zəlzələdən sonra bir sıra təkanlar baş verib ki, onların da gücü 5,8 bal olub.
Dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.