Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satmaya görə cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma iki min manatdan dörd min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.