Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.