Azərbaycan tərəfdaşlarının (Avropa İttifaqı ölkələri – red.) etibarlı və dayanıqlı şəkildə qaz təminatı prosesində strateji rol oynayır.

Heftelik.az-ın xəbərinə görə, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində iki ildən artıq öz tərəfdaşlarının etibarlı və dayanıqlı qaz tədarükünü təmin edir.

Nazir onu da qeyd edib ki, imzalanan memorandum həmrəylik təşəbbüslərinə doğru böyük bir addımdır. Təşəbbüs təkcə iştirakçı tərəflər arasında qaz tədarükünün artırılması demək deyil, həm də daha çox Avropa ölkələrinə qazın tranzitini təmin edilməsi deməkdir.

Çıxış zamanı Pərviz Şahbazov hazırki reallıqları nəzərə alaraq Avropanın dayanıqlı və alternativ mənbələrdən qazın tədarükü üçün infrastruktur layihələrinin inkişafının vacibliyini də qeyd edib.