Bolqarıstan və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələr arasında əməkdaşlığın səviyyəsini, siyasi dialoqun dinamikasını göstərir.

Heftelik.az-ın xəbərinə görə, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bu həm də onu göstərir ki, Bolqarıstan və Azərbaycan sadəcə strateji tərəfdaş deyil, eyni zamanda, iki dostdur”, – Prezident İlham Əliyev vurğulayıb.