Bu yeni təşəbbüslər beynəlxalq logistika xəritəsini dəyişəcək.
Heftelik.az xəbər verir ki, bunu Bolqarıstan Pezidenti Rumen Radev bu ölkənin “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
Bolqarıstan Prezidenti vurğulayıb ki, imzalanan memorandum əməkdaşlığı gücləndirəcək, bölgəmizdəki qaz transmissiyasının həcmini artıracaq: “Biz artıq həm də yaşıl energetika haqqında da danışmalıyıq. Biz Azərbaycan Prezidenti ilə birlikdə SOCAR-ın Sofiyadakı ofisini açacağıq. Demək istərdim ki, geosiyasi vəziyyət bizi bir olmağa təşviq edir”.