Fövqəladə Hallar Nazirliyi ötən gecə Sabirabad rayonunda iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

Heftelik.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Sabirabad rayonunun Nərimankənd kəndi “BAЗ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “BAЗ” markalı minik avtomobilinin yanar hissəsləri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

Sabirabadda yol qəzasında həlak olanların şəxsiyyəti müəyyən edilib.

Heftelik.az-ın xəbərinə görə, qəzada “VAZ-2107”nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.

Qəza zamanı “Mercedes” markalı avtomobildə olan sürücü və sərnişinlər, Saatlı rayonunun Orta Muğan kənd sakinləri, həmyaşıdlar 1999-cu il təvəllüdlü Sarıyev Nəbi Elnur oğlu, Cəfərov Rauf Famil oğlu və Muxtasanov Ramazan Eldar oğlu Sabirabad rayon xəstəxanasına yerləşdirlib. Onlardan birinci iki nəfərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

 

***