Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə və silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.
Bu, Cinayət Məcəlləsinin 181.2-ci maddəsində əksini tapıb.