Dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin tənzimləməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya qiymətlərinin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə cərimələr müəyyənləşib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin tənzimləməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya qiymətlərinin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.