Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 26 aprel 2023-cü il tarixdə rayonun Əlikənd kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Əlikənd, Ramal və Şahlıq kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.