Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Tərəflər Akkuyu Atom Elektrik Stansiyasının açılışı, ikitərəfli münasibətlər, həmçinin Suriya və Rusiya-Ukrayna müharibəsinə dair məsələləri müzakirə edib.