Laçın yolu açıqdır.
Heftelik.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Mən xanım nazirə son iki il yarımlıq dövrdə Laçın yolu ətrafında gedən proseslər, Ermənistan tərəfindən sui-istifadə halları, silah-sursat daşınması, erməni hərbçilərin qanunsuz olaraq orada qalması, sərvətlərin talan edilməsi, ərazidən çıxarılması və digər kimi hallar barədə məlumat verdim”, – Ceyhun Bayramov deyib.
Azərbaycan XİN başçısı burada ən acınacaqlı hal kimi Laçın yolu vasitəsilə minaların ölkəmiz ərazisində basdırılmasını vurğulayıb: “Hansı ki bu mövzuda qanlı statistika, demək olar ki, hər həftə dəyişir. Və son rəqəmlər odur ki, 294 Azərbaycan vətəndaşı 2020-ci ilin noyabrından sonra mina qurbanı olub”.