Əmtəə nişanlarından qanunsuz istifadə etmə külli miqdarda ziyan vurduqda hansı cəzaların tətbiq edildiyi məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, əmtəə nişanlarından qanunsuz istifadə etmə külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.