Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Heftelik.az xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 1 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.