Yaxın vaxtlarda Vladimir Putinlə Si Cinpin arasında telefon danışığı planlaşdırılmır.
Heftelik. az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Si Cinpinlə Vladimir Zelenskinin söhbəti Çinlə Ukraynanın suveren işidir: “Sin Cinpin Moskvaya gəldiyi zaman Putinlə Ukrayna ərazi bütövlüyünün 1991-ci il çərçivəsində bərpası ilə bağlı müzakirə aparmayıb. Si Cinpinlə Zelenskinin telefon danışığına gəldikdə isə, Rusiya Federasiyası Ukrayna konfliktinin bitməsinə və xüsusi əməliyyatın hədəflərinə çatmasına gətirib çıxaran hər şeyə müsbət yanaşır”.
Qeyd edək ki, dünən Ukrayna və Çin liderlərinin telefon danışığı olub.